25 Aralık 2010 Cumartesi

Xaricilər - dünən və bu gün islamdan çıxan firqə

Bismillah. Bütün islam tarixi və kəlam kitablarına baxsaq görərik ki, islama ilk üzə çıxan firqə, ilk qruplaşma yaradanlar xəvariclər olub. Xəvaric sözünün mənası ərəb-dilindən Azərbaycan-dilinə tərcümədə “xaricilər” kimi tərcümə olunur.). Xəvariclər aşağıdakı ayəni də özlərinə aid etmişlər: “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!” (əl-Bəqərə (İnək) surəsi, 207). Xaricilər islam dininə çox şiddətli şəkildə bağlıdırlar. Digər müsəlmanlardan daha çox namaza, oruca və digər ibadətlərə səy göstərirlər[1].  Xaricilər, öz inanclarına və fikirlərinə müthiş bir fanatizmlə bağlı, möhkəm dindar görünən bir İslam təriqətidir. Əqidələrini dəlicəsinə müdafiə edərlər. Qorxunc hökmləri olan itaətsiz insanlardır. Qənaətləri uğrunda, məqsədləri yolunda hər şeyə sinə gərərək döyüşərlər, çəkinmədən irəli atı­larlar. Onları buna məcbur edən hal, zahirinə bağlandıqları bəzi sözlər ol­muştur. Bunu müqəddəs din sandılar və mömin olan ondan əsla ayrılmaz həsab etdilər. Onların ağlı: “Hökm ancaq Allahındır” sözünə bağlı qaldı. Bu hökmü bir dini düstur kimi tutub müxaliflərinin üzünə daim hayqırdı­lar. Danışmaq istəyənlərin sözünü bununla kəsdilər. Hz. Əlini (r.a) danışarkən gördülərmi, dərhal bu sözü söyləyərdilər. Bu söz onların qalxanı ol­muşdur. Hz. Əli (r.a) onlar bu sözü təkrar-təkrar deyincə belə demişdir: “Bu söz doğru bir sözdür, lakin bununla batil murad olunur, bunu pis yerə istifadə edirlər. Bəli hökm tək Allahındır. Lakin bunlar komandirlik ancaq Al­lahındır deyirlər, insanlar üçün doğru, pozğun bir əmr lazımdır. Onun əmri altında mömin əməl edər, kafir də faydalanar. Vergini toplayar, düşmənlə vuruşar, yollarda təhlükəsizlik və əsayişi təmin edər, zəifin haqqını qüvvətlidən alar, beləliklə də  xeyirli olan kimsə rahatlığa qovuşar, günahkarlardan xilas olmuş olarsan”. Xaricilər, parlaq və zərərli sözlərin təsiri altında qalmaqda Fransada ən qorxunc cinayətləri, çaxnaşma yaradan Yəqubilərə bənzərlər. Bunlar azadlıq, müsavat, qardaşlıq sözlərini əldə əsas tutaraq bu səbəblərlə qan tökdülər, nə qədər canlara qıydılar. Xaricilər həqiqi iman, hökm ancaq Allaha aiddir, zalimlərdən  uzaq durulmalıdır iddiası ilə və bunlar səbəbi ilə  müsəlmanların günahsız qanını halal sayıb qan tökdülər, İslam ölkəsini qana boyadılar. Ətrafa hücumlar edib canlara qıydılar. Sahib olduqları bu davranışlar, xariciləri Yəqubilərlə birləşdirən bir nöqtə olmuşdur. Bu iki tayfanın bir-birinə bənzəyən işləri, bu cəsarət və coşğun hissiyyatdan doğmaqdadır. Onları ölçüsüz hərəkətlərə göndərən bu hissiyyatdır. Qustave le Bon, “Fransa Qiyamı” əsərində Yəqubiləri belə izah edirdi:

4 Aralık 2010 Cumartesi

Necə zəlalətə düşdüm-1

Ön söz.


"Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!"
(Quran, Maidə 8)
Həqiqətən bir məsələni araşdırarkən, bunu elmli yolla etmək, yaxşı niyyətə, sağlam fitrətə, təmiz qəlbə dəlalət edir. Buda indiki zamanda bir çox yazılara xas olmayan xüsusiyyətdir. Ancaq buna təəccüblənmirik.
Soruşduq məhəllədə Sulamət haqqında.
Dedilər bəs kimdir Sulamət?
Dedik ki, Məhəmməd ibn Zeyddir.
Dedilər ki, artdı bizdə cəhalət.

Allahın dinini qorumaq üçün, bunu Allahın razılığı üçün yazdım. Ancaq yazımda elm əhli tərəfindən nöqsanlar tapılarsa, mənə zərəri olmaz. Çünki etiraf edirəm ki, mən elm meydanında usta deyiləm. Bu boşluğu dolduran, bu böhtançıya cavab vermək üçün vaxt ayıran olmaıdğına görə bu işi mən gördüm. Özümdən razı olaraq yox, su olmayanda təyəmmüm edərlər deyə, bunu məhz mən etdim.
Kəlamlarımda xəta olmaq ehtimalı da vardır. Çünki bu nə heç bir batilə yer olmayan Allahın kəlamı, nə də məsum Peyğəmbərimizin(səlləlləhu əleyhi və səlləm) kəlamıdır.
Xətalarımı bilən qoy onu bizlərə çatdırsın. Çünki Allah razılığı üçün əməl edən kəs haqqın haradan gəlməsindən asılı olmayaraq, onu görəndə sevinər.
Ancaq dediklərimi nəfsinə tabe olaraq, rədd edən insana isə deməyə söz tapmıram. Əyri budağın kölgəsi də əyri olar!
"(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?"
(Quran, Caşiyə, 23)
Beləliklə, ucalardan Uca olan Allahdan diləyirəm ki, bu əməlimi qəbul etsin və Onun bəyəndiyi əməllərdən etsin. Bir də diləyirəm ki, Allah Taala müsəlman övladlarını rafizi alimlərinin və ağalarının yalanlarını, haqqa qarşı olduqlarını onlara bildirdikdən sonra haqqa hidayət etsin!
"Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar."
(Quran, ər-Rəd, 17)
(Bu yazıda) məqsədim çoxa az ilə qane olan, uzunçuluq əvəzinə müxtəsər kəlamla kifayətlənən ağıl sahiblərini oyandırmaqdır. Sözü insaf və ədalət tərəzisilə ölç! Hər kəsin haqqını ver! Çünki Allah Taala buyurur:
". Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!
Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).
Tərəzini düz tutun, çəkini əskiltməyin"

(Quran, ər-Rəhman, 7-9)
Şair də demişdir:"Əlinlə elə şeylər yaz ki, Qiyamət günü qarşına çıxanda sevinəsən".
Mən təəccüb edirəm və bu təəccübüm bitib tükənməyir. Axı insan nə üçün yalan danışır? Haqqa niyə tabe olmur? Niyə dəlilə dəlil ilə cavab vermir? Belə suallar çoxdur, buna cavablar isə azdır ya da heç yoxdur.
Şeyx əl-Müəllimi "əl-Fəz əgaid ilə təşih əl-əgaid" kitabında haqqa tabe olmağa mane olan bir çox səbərləri göstərmişdir:
1- Haqqa tabe olduğu təqdirdə, əvvəl batil əqidədə olduğu üzə çıxması. Bu da ona ağır gəlir.
2- Təkəbbürlük.Görür ki, haqqı etiraf etməsi bundan öncə nöqsanlı olduğunu etiraf etməsi deməkdir, başqa sözlə həm də başqa bir şəxs ona düz yolu göstərmişdir.
3- Batillə şan-şöhrət və ya var-dövlət qazanması. Beləliklə də o faydaları itirəcəyindən qorxur, haqqı etiraf etmək ona ağır gəlir.
4- Aydın olanda ki, hörmət etdiyi, uca tutduğu ataları, babaları, şeyxləri alimləri haqqa müxalif idilər, bir zaman təhqir etdiyi, istehza və kinlə baxdıqları, cəhalət və zəlalətdə olduqlarını güman etdiyi kəslər haqlıdirlar. Belə olan halda bu mənəvi zərbəyə dözməyi bacarmaması, qərar qəbul etməkdə acizlik göstərməsi.
Bunun müalicəsi isə aşağıdakıları göz önünə almaqla olar:
1. Haqqın uca və batilin rəzil olmasını fikrində tutmaq.
2. Fani və zəlil dünya ilə Allahın razılığının və Axirətin nemətlərini müqayisə etmək.
3. Aydın olan məsələləri götürüb əməl edərək, nəfsinə tabe olmamaq.
4. Dəlil ilə şübhəni fərqləndirməyə səy göstəmək.
5. Hər sözün dalınca getməmək.
6. Allaha haqqı haqq olaraq göstərmək və ona əməl etməklə mükafatlandırmasını, batili olduğu kimi göstərərək, ondan uzaq olmağını diləmək.
Əvvəldə və axırda (həmişə) dumız budur: Aləmlərin Rəbbinə həmd olsun!

Sehr, Cadu Və Gözdəymədən Müalicə - Ovsun - Ruqyə

İnsanı ilan və ya əqrəb sancanda, cadu olunanda və ya göz dəyəndə, xəstələnəndə başına gələn bədbəxçiliyi götürmək üçün Qurandan və Sünnədən oxunan dualardır.
Cahillər, zalımlar və imanı zəif olanlar bəzi insanlara düşmənçilik bəslədiklərinə görə onlardan intiqam almaq məqsədilə cadu edənlərin yanına cadu etdirməyə gedirlər.Bu dğru deyil və ən böyük günahlardandır.
Ruqiyyədə (şəriətdə,sehr,cadudan və sairə xəstəlik olanda oxunan dualar) şirk yoxdursa və sözləri aydındırsa bunu etmək olar.


Allah Qurani-Kərimdə qəlb və bədən xəstəliklərini və onların müalicəsini qeyd etmişdir. Müalicə üsulları bizə sələflərdən gəlmişdir: 1) Yunus 81-82. 2) Əraf 118. 3) Taha 69-cu ayələri su ilə dolu qabın içinə oxunduqdan sonra xəstənin başı üzərindən tökülür.

[b]Həmçinin – Vəhb ibn Munəbbih deyir: “Yeddi ədəd Sidr ağacının yarpağı daş arasında üyüdülür və suyun içinə Ayətul-Kursi, əl-Kəfirun, əl-İxlas, əl-Fələq, ən-Nəs surələri oxunur. Xəstə üç qurtum içdikdən sonra qalan su ilə qüsl alır”. İbn Bəzz (rahimahullah) demişdir: “Sınanılmış (yoxlanılmış) bir şeydir”.

3 Aralık 2010 Cuma

Allah elçisinin (s.ə.s) səhabələri

Əkrəm Həsənov

Səhabə - kəliməsinə görə “bir yerdə olmaq, söhbət və ya dostluq etmək” mənasına gələn صحِبَ (sahibə) felindən alınmış bir sözdür. Bu sözün cəmi “səhabə” olub, “əshab” da deyilir. (Cengiz Elibol, Asrı Saadet Önderleri, Beka Yayınları, İstanbul, Müqəddimə)
Alimlər səhabənin tərifi ilə bağlı fərqli fikirlər irəli sürüblər. Hafiz bin Həcər əl-Əsqalani “əl-İsabə” adlı əsərində bu mövzunu götürmüş, bu barədə səhih olan fikirləri açıqlamış və məsələni uzun-uzadı incələmişdir.

4 Kasım 2010 Perşembe

ZİLHİCCƏ AYININ İLK ON GÜNÜNÜN FƏZİLƏTİ


Həmd (şükür, tərif, minnətdarlıq), Aləmlərin Rəbbi olan Allaha aiddir. Salat və salam da peyğəmbərlərin əfəndisi (ağası, xatəmi, sonuncusu), Məhəmmədə (ona və ailəsinə salam olsun) olsun.
Heç şübhəsiz ki Allah Təalanın, saleh qullarına ilin müəyyən günlərini çox saleh əməl işləmələri üçün təsis etməsi, Onun qullarına olan lütf və lütfkarlığındandır. Elə məhz bu günlərdən biri də Zilhiccə ayının ilk on günüdür.

3 Kasım 2010 Çarşamba

Bismillah

Allahın adı ilə, Rəbbimizin izni ilə yeni blog yazmağa başlayırıq. Məqsədmiz islam dinini elmi dəlillərlə, Allahın razılığını qazanmaq üçün cəmiyyətimizə çatdırmaqdır.