25 Aralık 2010 Cumartesi

Xaricilər - dünən və bu gün islamdan çıxan firqə

Bismillah. Bütün islam tarixi və kəlam kitablarına baxsaq görərik ki, islama ilk üzə çıxan firqə, ilk qruplaşma yaradanlar xəvariclər olub. Xəvaric sözünün mənası ərəb-dilindən Azərbaycan-dilinə tərcümədə “xaricilər” kimi tərcümə olunur.). Xəvariclər aşağıdakı ayəni də özlərinə aid etmişlər: “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!” (əl-Bəqərə (İnək) surəsi, 207). Xaricilər islam dininə çox şiddətli şəkildə bağlıdırlar. Digər müsəlmanlardan daha çox namaza, oruca və digər ibadətlərə səy göstərirlər[1].  Xaricilər, öz inanclarına və fikirlərinə müthiş bir fanatizmlə bağlı, möhkəm dindar görünən bir İslam təriqətidir. Əqidələrini dəlicəsinə müdafiə edərlər. Qorxunc hökmləri olan itaətsiz insanlardır. Qənaətləri uğrunda, məqsədləri yolunda hər şeyə sinə gərərək döyüşərlər, çəkinmədən irəli atı­larlar. Onları buna məcbur edən hal, zahirinə bağlandıqları bəzi sözlər ol­muştur. Bunu müqəddəs din sandılar və mömin olan ondan əsla ayrılmaz həsab etdilər. Onların ağlı: “Hökm ancaq Allahındır” sözünə bağlı qaldı. Bu hökmü bir dini düstur kimi tutub müxaliflərinin üzünə daim hayqırdı­lar. Danışmaq istəyənlərin sözünü bununla kəsdilər. Hz. Əlini (r.a) danışarkən gördülərmi, dərhal bu sözü söyləyərdilər. Bu söz onların qalxanı ol­muşdur. Hz. Əli (r.a) onlar bu sözü təkrar-təkrar deyincə belə demişdir: “Bu söz doğru bir sözdür, lakin bununla batil murad olunur, bunu pis yerə istifadə edirlər. Bəli hökm tək Allahındır. Lakin bunlar komandirlik ancaq Al­lahındır deyirlər, insanlar üçün doğru, pozğun bir əmr lazımdır. Onun əmri altında mömin əməl edər, kafir də faydalanar. Vergini toplayar, düşmənlə vuruşar, yollarda təhlükəsizlik və əsayişi təmin edər, zəifin haqqını qüvvətlidən alar, beləliklə də  xeyirli olan kimsə rahatlığa qovuşar, günahkarlardan xilas olmuş olarsan”. Xaricilər, parlaq və zərərli sözlərin təsiri altında qalmaqda Fransada ən qorxunc cinayətləri, çaxnaşma yaradan Yəqubilərə bənzərlər. Bunlar azadlıq, müsavat, qardaşlıq sözlərini əldə əsas tutaraq bu səbəblərlə qan tökdülər, nə qədər canlara qıydılar. Xaricilər həqiqi iman, hökm ancaq Allaha aiddir, zalimlərdən  uzaq durulmalıdır iddiası ilə və bunlar səbəbi ilə  müsəlmanların günahsız qanını halal sayıb qan tökdülər, İslam ölkəsini qana boyadılar. Ətrafa hücumlar edib canlara qıydılar. Sahib olduqları bu davranışlar, xariciləri Yəqubilərlə birləşdirən bir nöqtə olmuşdur. Bu iki tayfanın bir-birinə bənzəyən işləri, bu cəsarət və coşğun hissiyyatdan doğmaqdadır. Onları ölçüsüz hərəkətlərə göndərən bu hissiyyatdır. Qustave le Bon, “Fransa Qiyamı” əsərində Yəqubiləri belə izah edirdi:
 Xarici adından da göründüyü kimi, çıxan, xaric olan, kənar duran mənalarına gəlir. Xaricilərə bu adın verilməsinin səbəbi onların müsəlman cəmiyyətindən, müsəlman camaatdan ayrılıb kənar durmalarıdır. Biz bilirik ki, islamın ilk dövrlərində kəlam elmi yox idi. Kəlam elmi Abbasilərin dövründə (hicri 132, miladi 656) yaranmışdır.
 Kəlam elminin doğuşunun səbəbi sonradan meydana gələn qeyri islami fikirlərin düzəldilməsi olmuşdur. Kəlam elminin yaranması islamda yaranan yeni-yeni cərəyanların və batil fikirlərin qarşısının alınması olmuşdur. Buna görə də bütün kəlam kitablarında bildirilir ki, islamda ilk ortaya çıxan firqə xəvariclər olmuşdur. Bildirim ki, Həzrəti Osmanın (r.a) şəhid edilməsi, Həzrəti Əlinin (r.a) xilafətə gəlməsi, Cəməl döyüşü, digər tərəfdən şam valisi Müaviyənin (r.a) özünü xəlifə elan etməsi, Həzrəti Əlinin (r.a) xəlifəliyini tanımaması, müsəlmanların iki xəlifəylə idarə ediləcək vəziyyətə gəlməsi, buna görə də hicri tarixlə 38-ci ildə Həzrəti Əli (r.a) ilə Həzrəti Müaviyənin (r.a) qarşı-qarşıya gəlməsi, bu Sıffın adlanan yerdə və Sıffın döyüşündə Həzrəti Müaviyənin (r.a) Allahın kitabının hakim olmasını istəməsi, bununla da Həzrəti Əlinin (r.a) əsgərlərinin arasında ixtilafın baş verməsi kimi hadisələrin meydana gəlməsi xəvariclərin meydana gəlməsinin əsasını qoymuşdur. Belə ki, bu döyüşün gedişi nəticəsində Həzrəti Müaviyənin (r.a) Quranın Hakim olmasını istəməsi Həzrəti Əlinin (r.a) bu işə razı olmasına gətirib çıxardı. Bu sülh razılaşmasında, yəni Quranın hakim olması işində Həzrəti Əli (r.a) öz təmsilçisi olaraq Əbu Musa əl-Əşarini (r.a), Həzrəti Müaviyə (r.a) isə Əmr bin əl-Ası seçdi. Həzrəti Əlinin əsgərləri arasında olan Təmim qəbiləsindən bir qrup “Hökm Allahındır!” deyərək hakəm hadisəsini xətalı qəbul etmiş, daha sonra “Hökm Allahındır!” sözü onların şüarı olmuşdur. Onlar Həzrəti Əliyə (r.a) xətalı olduğunu bildirdilər. Dedilər ki, əgər sən bu işdən əl çəksən, Quranın Hakim olması prinsipini və Həzrəti Müaviyə (r.a) ilə olan sazişi pozsan biz sənə kömək edəcəyik və sənin yanında olacağıq. Həzrəti Əli (r.a) onların bu şərtini qəbul etmədi. Beləliklə xəvariclərin ilk toxumu cücərməyə başladı. Sonra onların dəvəti gücləndi və tərəfdarları oldu. Onlara xəvaric (xarici) adı iki səbəbdən verildi; 1. Həzrəti Əliyə (r.a) və ona kömək edənlərə üsyan etdilər, onlara qarşı çıxdılar, 2. Xaricilər özlərini Allah yolunda həqiqəti axtarmağa çıxdıqları səbəbi ilə “çıxış” sözünü Qurana dayandırmışlar. Onların dayandığı ayədə belə deyilir: “- Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!” (ən-Nisa (Qadınlar) surəsi, 100
“Yəqubilik anlayışı qısa düşüncəli, dar fikirli, inadçı bir fikir axını olub, sahibini çox sadə bir adam dərəcəsinə salar. Bu anlayışın sahibi, işlərin ancaq zahiri tərəfini görər, ruhunda meydana gələn yanlış fikiri, həqiqət sanar. Hadisələri bir-birinə bağlaya bilməz. Gözünü tikmiş olduğu bir nöqtədən əsla ayıra bilməz. Demək olar ki, Yəqubi işləmiş olduğu cinayət­ləri ağıl və məntiq işlətmədən yerinə yetirir. Çünki ağıl və məntiqdən onun nəsibi yoxdur. O, zəif ağılına tabe olaraq bu kimi şeylər arxasınca qaçar. Halbuki yüksək idrak burada dayanıb qalar”. Yəqubilərin bu halı, bir çox cəhətdən Xaricilərin halına bənzəyir. Xaricilərin bəzi xüsusi vəsfləri vardır. Onlar fədakarlıq, özünü qurban vermə, ölümdən çəkinməmək, səbəbsiz olaraq hər cür təhlükələrə atılmaq, özünü öldürmək kimi xüsusiyyətləri vardır. Xaricilərin içərisində elələri vardı ki, Həzrəti Əli (r.a) xütbə verəndə və danışanda sözünü kəsərdilər, namaz qıldıranda namazını kəsərdilər. Belə etməklə onlar Allaha yaxınlaşdıqlarını zənn edərdilər[2].  Necə ki, bu gün də Allahın evinə, məscidə, namaz qılan müsəlman camaatın üstünə bomba ataraq bunu Allah yanında cihad və ya böyük savab qazanmış kimi düşünürlər. Əlbətdə şeytan bu nadanları azdırmışdır. Həzrəti Əli (r.a) bu düşüncədə olanlarla mübarizə aparmış, onların bir çoxunu müxtəlif döyüşlərdə öldürmüşdür. Lakin bir çoxu qaçıb canını qurtarmış və öz fikirlərini yaymışlar. Xaricilik bir çox qollara ayrılmışdır ki, bura onun yeri deyildir. Tarixə nəzər salsaq həqiqətən də hər zaman islamın adına ləkə gətirənlər bu xaricilər olmuşlar. Müasir dövrümüzdə də bu fikirdə və əqidədə olan qruplaşmalar və islam adı ilə radikallıq göstərən təriqətlər vardır. Bu gün bütün dünyada islam adı ilə terror hadisələri törədilir, müxtəlif ölkələrdə dağlarda və meşələrdə gizlənən, insanları Quran ayəsi və Peyğəmbər hədisi ilə çaşdıran, müsəlman olan rəhbərə, müsəlman olan dövlətə və müsəlman xalqa kafir deyən azdırıcı qruplaşmalar və radikal fikirli insanlar vardır. Təəssüf edirik ki, bizim də xalqımızın islama tarixən olan bağlılığı sayəsində gənclərimizi bu cür batil yollara dəvət edən düşmənlərimiz var. Bunlar yalnız bizim dövlətimizin və xalqımızın düşməni deyil, eyni zamanda Allahın və peyğəmbərinin də düşmənidirlər. Aydındır ki, onlar Alaha iman edən, namaz qılan, Quran oxuyan, məscidə ibadət üçün gələn tövhid əhlini də günahlandırır və onlara iddihamlar edirlər. İddia edirlər ki, müasir dövrümüzdə bu hakimiyyət islama rəğbət etmədiyinə görə bu hakimiyyətin nəzarətində yaşayan müsəlman camaat da kafir hesab olunmalıdır. Bunların məqsədi, məramı budur ki, Azərbaycanda hakimiyyət müsəlmanların əlində olmalıdır. Əslində bunu Allah da istəyir ki, ölkəni idarə edən çox Allahdan qorxan, məsuliyyət daşıyan, hər əməlinə görə hesab verəcəyini dərk edən bir insan olsun. Ancaq bu iş əvvəlki vəziyyət kimi deyil ki, yalnız dövlətin başında dayanan insan belə olsun. Bunun üçün təkcə dövlətin başçısının müsəlman olması, tövhid əhli olması yetərli deyil. Bu eyni zamanda dövlətin bütün nümayəndələrinin müsəlman, tövhid əhli olması lazımlılığını ortaya qoyur. Hər bir elm əhli, hər bir müsəlman digər bir şəxsi islam dininə dəvət edə bilər. Biz hamılıqla cəmiyyətimizin, xalqımızın gənclərini islama dəvət etməliyik. İslam tarixində, Məhəmməd peyğəmbərə (s.ə.s) peyğəmbərlik veriləndən bu vaxta qədər nə peyğəmbər, nə də peyğəmbərin ardıcılları dəvət etməmiş heç kimə kafir hökmü verməmişlər. Siz onu düşünə bilərsinizmi nə vaxtsa Peyğəmbər (s.ə.s) ibadət edən bir insanın üzərinə hücum etsin, yaxud onu düşünə bilərsinizmi ki, hansısa bir Peyğəmbərin ardıcılı, Məhəmməd peyğəmbərdən (s.ə.s) sonra gələn böyük xəlifələr, yaxud tarix boyu bütün dünyada islam dövlətini idarə edənlər hansısa ibadət edənlərə tənə etsinlər. Bunu edənlər həm tarix boyu, həm də indi həm islamın, həm də islama bağlılıq göstərən dövlətlərin, xalqların və camaatların düşmənləri olmuşlar. Məhəmməd peyğəmbər (s.ə.s) həyatı boyu digər dində olanlara, onların ibadətlərinə hörmətlə yanaşmışdır. Onun ardıcılları da onun yolunu ədalətlə tədbiq etmişlər. İslam tarixində elə bir hadisə olmamışdır ki, hansısa bir müsəlman digər bir ibadət ocağına zərər versin. Bunu edənlər islamdan və Allahdan uzaq insanlardır. Allah təala bu cür azğınlıq yolunda olan düşmənlərin şərrindən biz müsəlmanları, dövlətimizi, xalqımızı qorusun. Amin!



[1] Prof. Dr. Şerafeddin Gölcük, Kelam Tarihi, Kitap Dünyası Yayınları, İstanbul-2000, s. 28.
[2] Muhammed Ebu Zehra, İmam Şafii, Diyanet İşleri Başkanlığı Yayınları: 7.


Əkrəm Həsənov (İlahiyyatçı)

Hiç yorum yok:

Yorum Gönder